Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson haqında qərar açıqlandı. FED.az xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.
Türkiyədə həbsdə olan amerikalı keşiş haqqında qərar verildi
17:45
12 Okt 2018