Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar şəhərin Pütürge rayonunda 7 km dərinlikdə meydana gəlib.
Dağıntı və itki barədə hələlik məlumat verilməyib. (Report)