Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o,"X" ("Twitter") hesabında bildirib.
O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.
***
Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.
Bu barədə Malatya valisi Hulusi Şahin bildirib.
O, bir neçə nəfərin yaralandığını, lakin başqa dağıntıların olmadığını da vurğulayıb.
***
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 20:48-də 7 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. (Apa)