Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.
FED.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində ümumilikdə 7 obyektə ziyan dəyib. Qeyd olunub ki, Onlardan 3-ü boş olub.
Digər dörd müəssisəyə dəymiş ziyan digərlərinə nisbətən daha ciddidir.
***
Türkiyənin Bursa şəhərində kağız və lif istehsalı ilə məşğul olan fabriklərdəki yanğının miqyası genişlənib.
Bu barədə Türkiyə KİV-i də məlumat yayılıb.
Bildirilib ki, yanğın ətrafdakı müəssisələrə də keçib.
Qeyd olunub ki, yanğın əvvəlcə təkrar emal müəssisəsində başlayıb və sonra kənar ərazilərə yayılıb. (Report)