Türkiyənin Düzcə şəhərində Birinci Mütəşəkkil Sənaye Bölgəsindəki avtomobil hissələri istehsal edən fabrikdə yanğın baş verib.
FED.az xəbər verir ki, qısa müddətdə geniş ərazini əhatə edən yanğının söndürülməsinə Bolu, Sakarya və Kocaeli şəhərlərindən də yanğısöndürən texnikalar cəlb edilib.
Eləcə də bax: Bakıda bazarda böyük - YANĞIN - FOTO - VİDEO
Düzce valisi Zülkif Dağlı bildirib ki, fabrik böyük əhəmiyyət kəsb edən sənaye müəssisəsi olduğuna görə, yanğını tez bir zamanda söndürmək üçün Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsindən (AFAD) də helikopter istənilib.