Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq prezident Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük milli matəm elan edib.
FED.az xəbər verir ki, matəm günləri 6-12 fevral tarixlərini əhatə edəcək.
Bu barədə dövlət başçısı «Twitter»də elan edib.
«Ölkəmizdə 6 fevralda baş verən zəlzələ ilə əlaqədar olaraq 7 günlük milli matəm elan edilib»-deyə Ərdoğan yazıb.
Xatırladaq ki, Türkiyə səhiyyə naziri Fəxrəddin Qocanın məlumatına görə, ölkənin cənub-şərqində baş verən zəlzələdə 1651 nəfər həlak olub, 11 120 nəfər xəsarət alıb. Eləcə də zəlzələ nəticəsində 3471 binaya zərər dəyib.
Ərdoğan bildirib ki, fevralın 6-da baş verən zəlzələ 1939-cu ildən bəri ən güclü zəlzələ olub.