Türkiyədə zəlzələdən zərərçəkənlərə dünyanın dörd bir yanından yardımlar gəlir. İnsanlar bu çətin anda bizi tək qoymur.
"Ziraat Bank Azərbaycan" vasitəsilə AFAD-a ianə artıq - eMANAT TERMİNALLARINDA DA MÖVCUDDUR
FED.az xəbər verir ki, bu barədə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Humanitar diplomatiya şöbəsinin məsul əməkdaşı Mehmet Altıntaş deyib.
“Hər kəs əlindən gələni etməyə çalışır. Bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, nağd yardımlar hazırda daha çox əlçatandır. Əlbəttə, digər yardımlara-isti geyim, adyal, isidicilər, quru qidalara da çox ehtiyac var. Lakin onların xarici ölkələrdən zəlzələ bölgəsinə gəlib çatması bir az zaman alır. Kimin gücü və imkanı çatırsa, nağd yardımları rəsmi elan olunan qurumlara ianə edə bilər. Bununla da həmin qurumlar zərərçəkənlərin ehtiyaclarını daha tez təmin edə bilər”, - qurum rəsmisi əlavə edib.
Qeyd edək ki, İHH Humanitar Yardım Vəqfi, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə 3359 nəfərlik bir qrupla yardım işlərinə davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Zəlzələ nəticəsində ölənlərin sayı 29 mini, yaralı sayı isə 80 min nəfəri ötüb. (Trend)