Qusar rayonunda Türkiyə vətəndaşı oteldə ölüb.
FED.az xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki oteldə qeydə alınıb.
1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Eləcə də bax: Bakıda güclü yanğın olub - FHN-DƏN AÇIQLAMA