Zəlzələ bölgələrində hər cür yardıma ehtiyacımız var. Hazırda isti geyimlər təcili ehtiyaclar sırasında deyil. Lakin ərzağa hər zaman ehtiyac var.
Türkiyə XİN başçısı: "Azərbaycan əlindəki bütün yük təyyarələrini səfərbər edib"
FED.az xəbər verir ki, bu barədə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH)Orta Asiya-Qafqaz Regional Koordinatoru Məhəmməd Həmzə Nedimoğlu deyib.
O qeyd edib ki, gönədrilən yardımlar Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) koordinasiya mərkəzinə təhvil verilir.
“AFAD"da hansı bölgədə nəyə ehtiyac olduğunun siyahı var. Gələn yardımları o siyahılara uyğun bölgələrə göndərirlər. Bizdə İHH olaraq bütün fəaliyyətlərimiz AFAD-la koordinasiyalı formada edirik.
Çıxan insalar xəstəxanaya aparılıb müalicə edilir. Ən böyük təhlükə evi yarasız hala düşən insanalar üçündür. Dağıntılar altından çıxır, lakin evinə qayıda bilmir. İlk növbədə onların ərzaq ehtiyacı var. Bu ehtiyacları dövlətlə yanaşı bir sıra qurumlar da qaşrılayır. Hazırda ən çox ehtiyac olan çadırlardır. Bu gün bəlkə çadırlar ehtiyacımızı görəcək, lakin düşünürük ki, daha yaxşısı konteyner kəndlər qurmaqdır. Əlbəttə ilkin mərhələdə maliyyə baxımından bu çətindir. Hələlik bunu çadırla qarşılayırıq amma hazırda çadırı Türkiyədə tapmaq da çətindir”, - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. (Trend)