Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına $84 milyard və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Türkiyə Sahibkarlar Konfederasiyası və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat verir.
“Bloomberg”in materialında qeyd olunur ki, Konfederasiyasının qiymətləndirmələri digər iqtisadçıların hesablamalrından daha yüksəkdir. Əksər iqtisadçılar hazırda təbii fəlakətin yekun fəsadları barədə danışmağın tez olmasına dair yekdil rəyə gəriblər
Fevralın 8-də Türkiyənin NTV nəşri məlumat verib ki, Türkiyə Fond Birjası dağıdıcı zəlzələlərdən sonra Türkiyə şirkətlərinin aksiyalarından panik şəkildə qurtulmağl qarşısını almaq məqsədilə 24 il ərzində ilk dəfə fevralın 14-də axşam saatlarınadək ticarətəməliyyatlarınıdayandırıb.
Fevralın 12-də Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)məlumat verib ki, ölkədə zəlzələ zamanı həlak olanları sayı 29605 nəfərədək artıb. (İnterfaks-Azərbaycan)