Türkiyə ilə onun əzəli müttəfiqi, Şimali Kipr Türk Cümhuriyyəti (KKCT) arasında gərginlik başlayıb.
FED.az xəbər verir ki, Xarici işlər naziri Mevlüt Çavuşoğlu, KKTC Prezidenti Mustafa Akıncı'nın bir İngilis qəzetinə verdiyi açıqlamada, "Şimali Kiprin Türkiyəyə bağlanmasının qorxunc olacağı" şəklindəki şərhlərini pisləyib.
Türkiyədə keçirilən mətbuat konfransında Çavuşoğlu bildirib ki, «Heç vaxt Akıncı qədər dürüst olmayan siyasətçilərlə işləməmişəm».
Xatırladaq ki, bir neçə gün əvvəl Şimali Kiprin prezidenti Mustafa Akıncı qalmaqallı bəyanatla çıxış edərək Türkiyə tərəfindən adanın işğal olunduğunu, bunun əleyhinə olduğunu bildirib: «Şimali Kipr sakinləri adanın Türkiyəyə birləşdirilməsinin əleyhinədirlər».
Prezident bildirib ki, Kipr türkləri Kipr adasında yunanlar qarşısında azlıqda qalmaq və Türkiyədən daimi asılılıqda olmaq istəmir. Onun sözlərinə görə, «Kipr — Türkiyədir» şüarı 50-ci illərdə işlənib, indi keçmişdə qalıb və real vəziyyəti əks etdirmir.
Akıncı deyib ki, Kiprin şimalı və cənubu bəradərhüquqlu dövlət olaraq federasiya kimi birləşməlidir və bu variant hər iki tərəf üçün sərfəlidir.
KKTC prezidentinin «Şimali Kiprin Türkiyəyə bağlanmasının qorxunc olacağı» barədə açıqlamasına cavab verən türkiyəli nazir xatırladıb ki, Akıncı ilə Kipr müzakirələri mövzusunda iş birliyi edir, Kiprdə bir həll üçün Kiprli türklərin siyasi bərabərliyi, təhlükəsizliyi və zəmanəti mövzusunda Türkiyənin mövqeyi açıqdır.
Çavuşoğlu bildirib ki, təkcə o deyil, heç Şimali Kiprdə də heç bir Kipr türkü, heç bir Kipr siyəsətçisi Türkiyəni alver predmetinə çevirmək barədə düşünməyib: «Bunu heç kim yuxusunda da görməz, amma cənab Akıncı Türkiyəni alver predmetinə çevirir».
Çavuşoğlu bildirib ki, Akıncının danışdığı mövzular Türkiyə və Şimali Kiprdə ümumiyyətdə gündəmdə deyildi. Türkiyənin yeganə arzusu Kipr türk xalqının siyasi bərabərliyinin olmasıdır, Türkiyə bunu türkləri yunanlardan müdafiə etmək üçün edir.
«Biz Kipr Türk xalqının bərabərliyi deyirik, o başqa mövzuları ortaya atır, Türkiyə olaraq Şimali Kipr üçün danışıqlar prosesində çox şey yaşamışıq. Mən belə dürüst olmayan siyasətçi ilə heç yerdə işləməmişəm. Baş nazir də daxil olmaqla onların yalvarmaqları da daxil olaraq, dürüst olmayan çox şeylərini gördüm. Kipr Türk xalqına belə dürüst olmayan bir siyasətçi yaraşmır. Türkiyə ilə əlaqələri pisləşdirməyin nə üstünlüyü ola bilər. Bu kimə xidmət edə bilər?»
Çavuşoğlu bildirib ki, Şimali Kipr xalqı öz seçimin edəndə Türkiyənin Şimali Kiprin daxili işinə qarışmaq niyyəti yoxdur: «Qərarı Kipr Türk xalqı verəcək, biz də Kipr Türk xalqının hüquqlarını müdafiə edənlərə dəstək olacağıq. Akıncı dayandığı yerdə Türkiyəyə niyə hücum edir? Türkiyə terrorla mübarizə edərkən niyə Türkiyəyə qarşı düşmənliyk edir, terrora dəstək verir? Kipr Türk xalqı çox yaxşı düşünməlidir».
Akıncının belə bəyanatları Türkiyə siyasətçilərini hiddətləndirib. Məsələn, «Milli Hərəkat Partiyası»nın lideri Dövlət Bağçalı bildirib ki, belə açıqlamalardan sonra Akıncı istefaya geğməlidir: «Kipr türk olub və bundan sonra da olacaqdır».