Türkiyənin Kilis rayonuna 2 minaatan mərmi atılıb. FED.az xəbər verir ki, bu haqda “Sputnik Türkiye” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri hücuma cavab verir. Məlumata görə, mərminin düşdüyü ərazidə yanğın baş verib.
Türkiyə Silahlı Qüvvələrinin hücuma “MLRA”, artilleriya və tank atəşi ilə cavab verdiyi bildirilir.
Mərminin Suriyanın Azez şəhərindən gəldiyi iddia olunur.
***
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi hadisə ilə bağlı açıqlama yayıb.
Qeyd edlib ki, əraziyə minaatan yox, raket mərmiləri düşüb.
İlkin ehtimala görə, Suriyanın Azez bölgəsindəki qarşıdurmalar zamanı atılan mərmilər Kilisdə minalanmış əraziyə düşüb.
Cavab hücumu ilə bağlı yayılan xəbər isə təkzib edilib.
***
Kilis Valiliyi də hadisə ilə bağlı açıqlama yayıb:
“Bu gün saat 17:53 radələrində Suriya sərhədində, Kilis Mərkəz Akıncı kəndi ilə üzbəüz bölgədə 2 “SNA” qrupu arasında baş verən qarşıdurmada 1 ədəd “RPG 7” raketi minalanmış əraziyə düşərək həmin ərazidəki bitki örtüyündə yanğına səbəb olub. Sosial mediada yayılan görüntülər sərhədin Suriya tərəfinə aiddir. Hadisədə Kilisə hücum olmayıb”.