Tayvan sakinləri ölkənin mağazalarındakı bütün tualet kağızlarını panika içərisində almağa başlayıblar. FED.az «Financial Times»ə istinadən xəbər verir ki, nəticədə ölkədəki tualet kağızı ehtiyatları demək olar ki, qurtarıb. Əhalinin narahatlıının səbəbi yaxın vaxtlarda kağızın bahalaşacağı ilə bağlı məlumatların yayılmasıdır. Öz növbəsində bu kağızın istehsla edildiyi taxtanın bahalaşması ilə əlaqədardır. Tayvan mətbuatı yaxır ki, təkcə ötən həftə sonunda tuadet kağızının satışı adi günlərə nisbətən 22 dəfə artıb.
Vəziyyət o yerə çatıb ki, məsələyə Tayvanın baş naziri Uilyam Laya qarışmalı olub. O sadəcə əhalini sakitləşməyə çağırıb. Tayvanın iqtisadiyyat nazirliyi isə bildirib ki, taxta istehsalçıları ilə görüşlər keçirir. Nazirlik əmin edib ki, kağız qıtlığı gözlənilmir.
Tualet kağızı üstündə növbə yaranıb
20:19
27 Fev 2018