"Washington Post"un xəbərinə görə, ABŞ Prezidenti Donald Trump, Xarici İşlər Naziri Rex Tillerson-ı vəzifəsidən azad edib.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump,Twitter səhifəsindən verdiyi açıqlamada, Tillerson-un yerinə CIA direktoru Mike Pompeo-nun keçəcəyini bildirib. Pompeonun ecazkar bir iş görəcəyini deyib. Tramp, həmçinin, Rex Tillersona xidmətləri üçün təşəkkür edib.