Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Azərbaycandan 13 avtomobildən ibarət kolon - Türkiyəyə Yola Salındı
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Həmçinin Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini öyrənir.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. (Trend)