Banner

Hadisə

Tikinti şirkətində qəza olub, fəhlələr - Xəsarət Alıb

Tikinti şirkətində qəza olub, fəhlələr - Xəsarət Alıb | FED.az
09:00 2 Fev 2021

Şabran rayonunda tikinti işləri zamanı qəza olub.

Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR

FED.az xəbər verir ki,, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.

Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Banner

Digər xəbərlər