Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.
“Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”, - Suleymenov brifinqdə deyib.