Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan operativ xidmətləri məlumat yayıb.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən bildirilib ki, xəsarət alanlara vilayət xəstəxanalarında lazımi tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.
Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə sanitar aviasiya təyyarəsi uçur.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.(Report)