Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Xəsarət alanlardan 3-ü uşaqdır.
***
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
FED.az xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir. (Apa)