Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.
Eləcə də bax: Şuşada şirkət əməkdaşları minaya düşərək - HƏLAK OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.