Şuşa şəhərində mina partlayıb.
FED.az DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, hadisə bu gün saat 11:15 radələrində Şuşa şəhərində Tar sexi adlanan ərazidə baş verib. Elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Məlum olub ki, R.Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gün Füzuli rayonunda da mina partlayışı olub.