Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Bu barədə FED.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
"Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb", məlumatda deyilir.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən FED.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.