Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.
FED.az xəbər verir ki, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.
Eləcə də bax: İsmayıllıda “Kartof Festivalı”nda - KÜTLƏVİ ZƏHƏRLƏNMƏ OLUB
Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Apa