Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.
FED.az-ın xəbərinə görə, hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib.