Sumqayıtda baş vermiş hadisə zamanı zəhərlənən şəxslərin adları məlum olub.
Onlar - 1988-ci il təvəllüdlü Əhmədov Namiq Zahid oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Natiq Namiq oğlu, Əliyev Ayaz Niyazi oğlu və Bağırov Zahid Maqsud oğludur.
N. Əhmədov və N. Məmmədovun vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.
17:30
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən hadisə ilə bağlı məlumat yayıb.
FED.az-ın xəbərinə görə, məlumatda deyilir ki, 18 iyul 2017-ci il tarixində saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.