17 noyabr 2018-ci il tarixdə bir neçə media qurumu Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının (STP) zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayıb.
Sumqayıt Texnologiyalar Parkı bildirir ki, bu xəbər yalan və böhtandır:
"Bununla bağlı bildiririk ki, xəbərlərdə qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir. Ümumiyyətlə Zavod ərazisində hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib".