20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.
"Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur. (Apa)