Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) dənizdəki neftçilərin təhlükəsizliyini gücləndirib.
Eləcə də bax: Seçki gününə olan - HAVA PROQNOZU AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə "modern"ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Havanın dəyişməsi ilə əlaqədar olaraq bütün təhlüksizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Açıq platformalarda bütün işlər dayandırılıb. Dünəndən etibarən 1000-ə yaxın neftçi təxliyyə olunub, sahilə çıxarılıb. Hazırda platformalarda növbətçilik təşkil olunub. Fövqəladə Hallar Nazirliyinin gəmiləri də növbətçilik rejimindədir”.