Bakı Slavyan Universitetində (BSU) icraçı mühasiblərin tələbələr tərəfindən ödənilmiş 15 min manat təhsil haqqını uçotdan yayındırmaları aşkar edilib.
FED.az xəbər verir ki, bu, Hesablama Palatası Bakı Slavyan Universitetində apardığı audit yoxlamasında əksini tapıb.
Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.
Eləcə də bax: Gömrük Komitəsinin işdən çıxarılmış əməkdaşı barəsində - CİNAYƏT İŞİ
Sənəddə qeyd edilib ki, universitetdə təhsil haqlarının hesablanması və daxilolmasının düzgünlüyü daxili nəzarət qaydasında yoxlanılıb, nəticəsi 20 iyul 2017-ci il tarixdə universitetin rəhbərliyi tərəfindən təsdiq edilmiş aktla rəsmiləşdirilib. 15 min manat təhsil haqqı məbləğinin həmin mühasiblər tərəfindən universitetin bank hesabına bərpa edilməsi təmin edilib və həmin işçilər tutduqları vəzifələrdən azad ediliblər.