Siyəzən rayonunun Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - QSC qeyd edir.
***
16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb. (Report)