Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni sədr təyin edilib.
FED.az xəbər verir ki, “ASA”nın təsisçilərinin ümumi yığıncağında Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması barədə qərar qəbul edilib. M.Abbasbəyli bildirib ki, o, fevralın 9-dan vəzifəsinin icrasına başlayıb.
"Azərbaycan Sığortaçılar Assosiasiyasının planları barədə hər hansı bir dəyişikliklər və ya yeniliklər barədə danışmaq hələ ki, tezdir”, - deyə M. Abbasbəyli vurğulayıb.
Xatırladaq ki, ölkədə sığorta şirkətlərinin birində fəaliyyətə başlayan M.Abbasbəyli 2007-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, 2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsini daşıyıb. O, 2010-cu ildən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.