Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
“Embraer”: “Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb: “Onların 3-ü Rusiya, 3-ü Qazaxıstan və 4-ü Azərbaycan vətəndaşıdır”.
Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.