Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub. FED.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bunu “Arab Sabq” qəzeti yazıb.
Məlumata görə, baş konsulla bağlı istintaq araşdırmalarına başlanılıb.
Bundan başqa, Səudiyyə Ərəbistanının 11 dövlət məmuru jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Türkiyəyə gəlib.
Bu arada C.Qaşıqçının itkin düşməsi və Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda öldürülməsi barədə yeni təfərrüt məlum olub. Məlumata görə, baş konsul Məhəmməd Uteybi jurnalist C.Qaşıqçının konsulluğun binasından kənarda öldürülməsini istəyib. Bu, krallığın İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşqıçının qətlə yetirilməsi zamanı qeydə alınan səs yazsında aşkar edilib.
Bildirilib ki, konsulluğa sənəd almaq üçün gedən C.Qaşıqçı konsulluqda sorğu-sual zamanı işgəncə verilərkən, əvvəlcə barmaqları qoparılıb, ardından isə başı kəsilərək, öldürülüb. Səs qeydinə görə, işgəncə verilərkən, baş konsul Məhəmməd Uteybi buna etiraz edərək deyib: “Bunu konsulluqdan kənarda edin. Mənim başıma iş açacaqsız”. Başqa bir səs qeydində isə kimsə baş konsulu hədələyir: “Səudiyyə Ərəbistanına gələdə yaşamaq istəyirsənsə sus”.
“Al-Jazeer” telekanal isə hadisə ilə bağlı yaydığı məlumatda bildirib ki, C.Qaşıqçı Baş konsulun otağında öldürülüb və cəsədi 7 dəqiqədə parça-parça edilib. Meyidin parçalanmasını Səudiyyə Ərəbistanının antom-mütəxəssisi Salah Mohammed al-Tubaigy həyata keçirib. O, bu işi icra edərkən, yanındakı səudilərə musiqi dinləməyi tövsiyyə edib.
Məlumatlara görə, Salah Mohammed al-Tubaigy vəliəhd şahzadə Məhəmməd ibn Salmanı ABŞ-a səfəri zamanı müşaiyət edib.
Xatırladaq ki, oktyabrıən 17-də ABŞ-ın dövlət katibi Maykl Pompeo Ankarada keçirdiyi rəsmi görüşdə C.Qaşıqçı hadisəsinin araşdırılmasında Türkiyəyə yardım edəcəklərini bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Camal Qaşıqçı krallığın İstanbuldakı konsuluğunun binasına daxil olduqdan sonra itkin düşüb.