Səudiyyə Ərəbistanı tanınmış jurnalist Camal Kaşikçını öldürdüyünü boynuna alıb. FED.az xəbər verir ki, bu barədə CNN iki mənbəyə istinadən məlumat verir. Məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi ölkənin Türkiyədəki səfirliyinə gəldikdən sonra yoxa çıxmış müxalifət jurnalisti Camal Kaşıkçının ölümü haqqında məruzə hazırlayırlar. Səudiyyəlilər elan edəcəklər ki, jurnalist «plana uyğun getməyən istintaq nəticəsində» vəfat edib.
Mənbələrdən biri bildirib ki, rəsmi açıqlanacaq məruzədə elan ediləcək ki, jurnalistin saxlanılması əməliyyatı «şəffaf keçməyib» və vəd olunacaq ki, bu işdə günahı olunanlar tapılıb məsuliyyətə cəlb ediləcəklər.