Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının meyiti indiyədək tapılmayıb.
FED.az xəbər verir ki, bu barədə «Reuters»ə istintaqın gedişi ilə tanış olan mənbə bildirib. Xatırladaq ki, ölkə prokurorluğu təqribən 10 gün davam edən susqunluqdan sonra jurnalistin ölümünü etirafedib.
Amma onun məqsədil şəkildə konsulluğa çağırılıb doğrandığını deyil, münaqişə nəticəsində öldüyünü bildirir.
Hərçənd Səudiyyə hökuməti indiyədək jurnalistin meyitinin harada olduğunu açıqlaya bilməyib. Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin "yerli əməkdaş"a təhvil verilməsi prosesində iştirak edib.
Amma məsələnin detalları açıqlanmayıb. Bundan əvvəl yayılan məlumatlarda isə jurnalistin meyitinin mütəxəssislər tərəfindən doğrandığı və konsulluqdan çıxarıldığı bildirilirdi.
Səudiyyə hökuməti jurnalistin meyitini - "TAPA BİLMİR"
08:57
20 Okt 2018