Hadisə

Şəkidə ərəb turistləri qəzaya düşdü

Şəkidə ərəb turistləri qəzaya düşdü | FED.az
11:21 30 Noy 2018

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

FED.az xəbər verir ki, hadisə zamanı xəsarət alan şəxslərin adı məlum olub.

Şəki-Kiş avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan 7 nəfərdən 3-ü 99-KM-395 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları -  Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.

Xəsarət alanlardan 4-ü "Mercedes" markalı avtomobildə olan Şəki rayon sakinləri - Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova,Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir. 

Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər