Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.
Azərbaycanın İrandakı səfirliyinə - HÜCUM EDƏN ŞƏXS SAXLANILIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb.
Məlumata görə, həmin şəxs İran vətəndaşı Yasin Hüseynzadədir.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki nəfər yaralanıb.