Banner
Banner

Hadisə

"Sədərək" Ticarət Mərkəzində - YANĞIN - VİDEO, FOTO (YENİLƏNİB)

"Sədərək" Ticarət Mərkəzində - YANĞIN - VİDEO, FOTO (YENİLƏNİB) | FED.az
12:28 16 Noy 2018

Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.



12:43
Bakıdakı “Sədərək” ticarət mərkəzində yanğın başlayıb. Hadisə ticarət mərkəzinin karqo terminallarının yerləşdiyi ərazidə baş verib.

Qeyd edək ki, oradakı 10 yük karqo terminalına Çin, Türkiyə, İran, Gürcüstan, Rusiya kimi ölkələrdən daşınan yük malları qəbul olunur.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Əraziyə xilasedicilər də cəlb olunub.





12:28
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

FED.az xəbər verir ki, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?