Hadisə

“Sədərək” ticarət mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB | FED.az
09:00 26 Fev 2019

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə məhdudlaşdırılıb.

FED.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


***
“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.

FED.az xəbər verir ki, hadisə ticarət mərkəzindəki anbarlardan birində əmələ gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
 

Digər xəbərlər