Hadisə

“Sədərək” Ticarət Mərkəzi - YANIR - YENİLƏNİR

“Sədərək” Ticarət Mərkəzi - YANIR - YENİLƏNİR | FED.az
08:18 18 Fev 2020

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. "Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək"-deyə FHN-in məlumatında bildirilir.

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Eləcə də bax: Sığorta şirkətləri "Sədərək"lə "Binə"yə - YAXIN DURMUR - AÇIQLAMA

FED.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Lakin yanğın hadisəsi bazarın mərkəzində baş verdiyindən yanğınsöndürən maşınlar alovun olduğu əraziyə daxil olmaqda çətinlik çəkirlər. Artıq alov bir neçə mağazanı bürüyüb. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Banner