Hadisə

"Sədərək" belə yanır - FOTO-VİDEO

"Sədərək" belə yanır - FOTO-VİDEO | FED.az
09:04 18 Fev 2020

Xəbər verdiyimiz kimi, səhər saatlarından “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FED.az "Qafqazinfo"ya istinadən yanğından görüntüləri təqdim edir:

 

                            

                                                             ***

Bakıda ticarət mərkəzində yanğın baş verib. 

FED.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb. 

Eləcə də bax: “Sədərək” Ticarət Mərkəzi - YANIR - YENİLƏNİR

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib. 

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. 

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

Oxu

 

 

Digər xəbərlər