Almaniyada yanacaqdoldurma məntəqəsinin işçisi müştərini aldadaraq onun lotereya biletini oğurlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bavariyada bir kişi 1,5 milyon avroluq lotereya uduşunu yanacaqdoldurma məntəqəsi işçisinə uduzub.
Bild xəbər verir ki, hadisə 2024-cü ilin aprel ayında Münhen yaxınlığındakı Qrasbrunn icmasında baş verib. Yerli sakinlərdən biri "Spiel 77" lotereya biletini yoxlamaq üçün yanacaqdoldurma məntəqəsinə gətirib. Kassir Patrik D. bileti yoxlayanda 1 477 777 avroluq böyük uduşu görüb, lakin müştəriyə heç nə qazanmadığını bildirib. Məyus müştəri bileti kassada qoyub gedib. Kassir isə bileti saxlayıb və iyul ayında lotereya ofisinə gedərək mükafatı şəxsən almağa çalışıb.
Lakin işçilər "qalib"lə müsahibə zamanı ondan şübhələniblər. Məlum olub ki, işçilərin iş yerindən bilet almasına icazə verilməsə də, kassir biletin qaytarıldığı yerdə işləyir.
Nəticədə lotereya şirkəti ödəniş etməkdən imtina edib və polisə məlumat verib. Araşdırma nəticəsində biletin əslində başqasına məxsus olduğu təsdiqlənib. Bileti atıb gedən sahibi hələ müəyyən edilməyib, o tapılsa da qəbz təqdim etməsə pulu ala bilməyəc.
Kassir Patrik D.-yə fırıldaqçılığa görə 15 ay şərti cəza verilib.











