Azərbaycan-Ermənistan sərhəddində baş verənlərin əks-sədası Rusiyadan gəlməkdə davam edir.
Eləcə də bax: Erməni məhsulları Qod Nisanovun bazarına buraxılmır - DİPLOMATLAR QOVULDU
FED.az xəbər verir ki, istinadən xəbər verir ki, ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda da iki icma arasında gərginlik yaşanır. Belə ki, Sankt-Peterburqun ən böyük meyvə-tərəvəz bazası sayılan Sofiysk bazarının azərbaycanlı sahibləri erməni məhsullarını əraziyə buraxmayıb. Soydaşlarımız Ermənistandan ərik yüklü maşınlara məhsulu ərazidə boşaltmağa imkan verməyiblər. Bu səbəbdən tərəflər arasında kiçik qarşıdruma da yaşanıb.
Nəticədə Soyisk bazarına daxil ola bilməyən ermənilər məhsullarını yaxınlıqdakı metrostansiyaların çıxışlarında satmalı olublar.
Mümkün insidentlərin qarşısını almaq üçün Sofiysk bazarına OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) yerləşdirilib. Məsələ ilə bağlı Sankt-Peterburq şəhər administrasiyası iki icma ilə də danışıqlara başlayıb. (Modern)