Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.











