Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və digər cinayətlərdə ittiham edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İ. Qasımov ittiham üzrə özünü təqsirli bilməyib.
Proses oktyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, İ. Qasımov əvvəllər "KapitalBank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.
İ. Qasımov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddəsi ilə ittiham olunur.