Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
FED.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub.
***
Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
FED.az xəbər verir ki, nazirlikdən bildirilib ki, An-22 təyyarəsi təmirdən sonra uçuş zamanı kimsəsiz ərazidə qəzaya uğrayıb.
Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.
İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb. (Apa)










