İlkin məlumata görə, qəzaya uğrayan "An-24" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
FED.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
***
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
***
Rusiyanın Amur bölgəsində içərisində 43 sərnişinin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
FED.az xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.
“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.
Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü olub. (Apa)