Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
FED.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
***
Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib.
FED.az xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib.
“An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir.
Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib.
Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var. (Apa)