Hadisə

Rusiyada etiraz aksiyaları başlayıb - PENSİYA YAŞINA ETİRAZ

Rusiyada etiraz aksiyaları başlayıb - PENSİYA YAŞINA ETİRAZ | FED.az
23:11 9 Sen 2018

Sentyabrın 9-da Moskva və Sankt-Peterburq başda olmaqla Rusiyanın onlarla şəhərində minlərlə insan pensiya yaşının yüksəldilməsinə etiraz olaraq aksiya keçirib.

FED.az xəbər verir ki, hökumət cəmi 4 şəhərdə aksiyanın keçirilməsinə icazə versə də, etira  yürüşləri Uzaq Şərqdən tutmuş, ölkənin qərbinədək çoxsaylı əraziləri əhatə edib. Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər və pensiyalarla bağlı qanuna dəyişikliyin ləğv edilməsini tələb ediblər. 

Polis Moskvadakı aksiyada cəmi 500-2000 iştirakçı olduğunu bildirsə də əslində iştirakçıların sayı daha çoxdur. Polisin müdaxiləsi nəticəsində çoxlu sayda aksiyaçı saxlanılıb. 

Qeyd edək ki, Rusiyada pensiya yaşı gələn ildən etibarən bir neçə il ərzində mərhələli şəkildə kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə yüksəldiləcək.

Xatırladaq ki, aparılan islahatların böyük etirazlara səbəb olacağı hiss edildikdən sonra prezident Vladimir Putin xalqa müraciət edərək islahatların bir hissəsinin ədalətsiz olduğunu və hökumətin qərarını dəyişəcəyini bildirmişdi. Amma pensiya yaşı ilə bağlı hökumətin planları dəyişməz qalıb. ​

Digər xəbərlər