Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında ürəktutmadan vəfat edib.
FED.az xəbər verir ki, bu barədə yazıçı-publisist Əkbər Qoşalı məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.
1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Ə.Məmmədov Saxa Respublikası Dövlət Məclisinin üzvü, Saxanın Fəxri Vətəndaşı və Əməkdar İnşaatçıdır. O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatının başçısıdır. (Report)